Təyyarə qəzaya uğrayıb, ölən var

Hit: 367
Təyyarə qəzaya uğrayıb, ölən var

Kanadanın Albert əyalətinin Edmonton şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər həyatını itirib.

Faktor.az "report"-a istinadən bildirir ki, "Cessna 172" tipli təyyarə hələ avqustun 12-də Edson şəhər aeroportundan uçduqdan sonra radarlardan itib. Onun axtarışlarına Kanada Hərbi Hava Qüvvələrinin aviasiyası cəlb olunub. Qəzaya uğramış təyyarə Lak Sent-Enn dairəsinin meşəsində aşkar olunub.

Onun göyərtəsində təkcə pilot olub. Qəzanın səbəbləri araşdırılır.








Redaktorun seçimi