İndoneziya sahillərində güclü zəlzələ olub

Hit: 313
İndoneziya sahillərində güclü zəlzələ olub

İndoneziya sahillərində, adalararası Flores dənizində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) qeydə aldığı zəlzələnin dərinliyi 546 kilometr olub.

Şahidlər təkanların Bali adasında hiss edildiyini bildiriblər.

İnsan itkisi, dağıntı və sunami təhlükəsi barədə məlumat yoxdur.









Redaktorun seçimi