İtaliyada təyyarə qəzası - Ölənlər var

Hit: 413
İtaliyada təyyarə qəzası - Ölənlər var

İtaliyanın şimalında göyərtəsində turistlərin olduğu iki nəfərlik "PA-18" təyyarəsi qəzaya uğrayıb.

Faktor.az Report-a istinadən bildirir ki, hadisə Trevizo şəhəri ərazisində qeydə alınıb.

Təyyarə havaya qalxarkən kabel qovşağına çırpılıb. O, yanaraq Pyava çayına düşüb. Nəticədə hər iki sərnişin ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər onların meyitini təyyarənin qalıqları altından tapıblar.  









Redaktorun seçimi