Rahib Branson BƏHANƏ İMİŞ - Ağ Evdən ŞOK ETİRAF

Hit: 352
Rahib Branson BƏHANƏ İMİŞ - Ağ Evdən ŞOK ETİRAF

Türkiyənin Amerika məhsullarının idxalına gömrük rüsumlarını artırması kədərli və səhv istiqamətə gedən bir addımdır.

Faktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Ağ Evin sözçüsü Sara Sanders bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə rahib Bransona çox haqsız davrandı. Branson azad olunsa belə, rüsumlar endirilməyəcək”, - o deyib.

Xatırladaq ki, Türkiyə ABŞ-ın ona qarşı iqtisadi sanksiyalarına cavab olaraq bu gündən ABŞ istehsalı olan bəzi məhsulların idxalında əlavə maliyyə öhdəliklərinin 100 faiz artırılmasına dair qərar verib. Qərara görə, Birləşmiş Ştatlardan alınan avtomobil, spirtli içki və tütün məmulatları da daxil olmaqla, müəyyən malların idxal rüsumları artırılıb.

Avqustun 10-da isə ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20, polada isə 50 faiz gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb.









Redaktorun seçimi