Meksikada şənlik matəmə çevrildi: 7 ölü

Hit: 356
Meksikada şənlik matəmə çevrildi: 7 ölü

Meksikanın Tamaulipas ştatında baş verən yol qəzasında 7 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, iki minik maşını və treylerin toqquşması Syudad-Viktoriya və Tampiko şəhərləri arasında baş verib. Ölənlər hamısı bir maşında olublar və tanışlarının ad günü şənliyindən qayıdırdılar.

Hadisə yerinə polis və həkimlər briqadası gələrək xəsarət alanları hospitala çatdırıblar.









Redaktorun seçimi