Aliment borcuna görə Həccə yollana bilmədi…

Hit: 484
Aliment borcuna görə Həccə yollana bilmədi…

Tatarıstan vətəndaşı keçmiş ailəsi ilə bağlı aliment borclarına görə Həcc ziyarətinə yollanmaq imkanından məhrum olub.

Faktor.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Tatar-inform" agentliyi xəbər yayıb. Məlumata görə, adı çəkilməyən tatar müsəlmanlardan biri həftənin əvvəlində Həcc səfəri üçün evindən çıxıb yola düşsə də, sərhəd xidməti tərəfindən saxlanılıb. Buna səbəb onun ödəmədiyi aliment borcları olub.

Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsində informasiyanı təsdiqləyiblər. "Bu, qanunauyğun bir haldır. Biz həmişə hər kəsə deyirik ki, hər bir müsəlman məsuliyyətli insan olmalıdır. Rusiya Federasiyasının sərhədinə gəlməmişdən öncə kredit, aliment və s. borclarını ödəyib-ödəmədiyini düşünməlidir... Belə problemlərlə Tatarıstanda hər il rastlaşırıq", - deyə Tatarıstan müftisinin müavini Rüstəm həzrət Valiullin bildirib.









Redaktorun seçimi