ABŞ Şərqi Avropada vəba xəstəliyi yayır? - ŞOK İDDİA

Hit: 524
ABŞ Şərqi Avropada vəba xəstəliyi yayır? - ŞOK İDDİA

ABŞ-ın Üçüncü Dünya müharibəsi üçün sınaqdan keçirdiyi bioloji silah Şərqi Avropada Afrika donuz vəbası xəstəliyini yayır.

Faktor.az bildirir ki, bu barədə "SputnikLatviya"nın əməkdaşı Aleksandr Xrolenko yazıb, məlumatı Axar.az dərc edib.

Jurnalistin bildirdiyinə görə, ABŞ bu sistemi əsasən poliqon hesab etdiyi Baltikyanı ölkələrdə həyata keçirir.

Xrolenko fikirlərini faktlarla əsaslandırıb. Bildirib ki, iyun ayında Latviyada 165 donuzda Afrika donuz vəbası aşkarlanıb. Ardınca 20 min heyvan məhv edildi. Litvada isə 41 Afrika donuz vəbası faktı aşkarlandıqdan sonra bu ölkə fermerlərinə donuzçuluqdan tamamilə imtina etməyi məsləhət görüblər.

Jurnalist qeyd edib ki, adıçəkilən xəstəlik təkcə Baltikyanı ölkələrdə deyil, Gürcüstan, Moldova, Ukrayna, Polşa kimi ölkələrdə də qeydə alınıb.









Redaktorun seçimi