ABŞ-dan Türkiyədəki çevrilişə cəhdlə bağlı yanlışlıq…

Hit: 558
ABŞ-dan Türkiyədəki çevrilişə cəhdlə bağlı yanlışlıq…

ABŞ-ın Avropa Komandirliyi İncirlik bazasındakı ABŞ hərbçilərinin 2016-cı ilin iyulun 15-də FETÖ terror təşkilatının Türkiyədə hərbi çevriliş cəhdində iştirak etmədiyinə dair yayımladığı açıqlamada yanlışlığa yol verib.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, açıqlamada çevriliş cəhdinin tarixi 2016-ci il əvəzinə 2015-ci il qeyd edilib:

"ABŞ Silahlı Qüvvələrinin xidmətində olan hərbçilərin 2015-ci ilin 15 iyulunda (əslində 2016-cı il qeyd edilməli idi) Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməsi barədə mediada yayılan xəbərlər absurddur”.

Açıqlamada xəbərlərdə adları çəkilən şəxslərin hazırda İncirlik aviabazasında olmadığı bildirilib.

Qeyd edək ki, 2016-cı ilin iyulun 15-də FETÖ terror təşkilatı Türkiyədə hərbi çevrilişə cəhd göstərib.









Redaktorun seçimi