Mançesterdə silahlı insident: 10 nəfər yaralandı - VİDEO

Hit: 571
Mançesterdə silahlı insident: 10 nəfər yaralandı - VİDEO

Böyük Britaniyanın Mançester şəhərində atışma baş verib.

Faktor.az Milli.Az-a istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Bu barədə Report məlumat yayıb.

"Sky"ın verdiyi xəbərə görə isə, hadisə avqustun 12-nə keçən gecə Moss-Sayd rayonunda qeydə alınıb. Hadisədən bir neçə saat əvvəl ərazidə karnaval keçirilib, ona görə orada çoxlu adam olub.

Yaralıların hansı vəziyyətdə olduğu hələ ki, məlum deyil. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları işləyirlər.









Redaktorun seçimi