Atatürkü təhqir edən qadın - "Cahilliyimə verin"

Hit: 210
Atatürkü təhqir edən qadın - "Cahilliyimə verin"

Türkiyənin paytaxtı Ankarada çəkdiyi videoda Atartükü təhqir edən Safiyə İnci həbs edilib.

Faktor.az xəbər verir ki, çıxarıldığı məhkəmə zalında "Hansısa məqsədim yox idi. Bir anlıq boşluğa düşdüm, cahilliyə verin" deyib.

İnci Anıtkabirə qohumlarının məcburiyyəti ilə getdiyini bu sözlərlə açıqlayıb:

"Videonu şəxsi istəyimlə çəkmişəm. Heç kim kömək etməyib. Hansısa məqsədim yox idi. Anlıq boşluğa düşdüm, cahilliyimə verin. 8 yaşımdan bəri qapalıyam. Bu hadisəni də bilərək etməmişəm. Paylaşandan 5 dəqiqə sonra sildim. Qohumlarım bu videonun problem yaradacağı ilə bağlı xəbərdarlıq etdilər. Mən də sildim. Lakin artıq yayılmışdı. Üzr videosu çəkməyimi istədilər, mən çəkdiyim üçün qohumumuz çəkdi, paylaşdı. Videoda istifadə etdiyim sözlərə görə, çox peşmanam. Bunun cinayət olduğunu bilmirdim. Hər kəsdən üzr istəyirəm".

Banu

 









Redaktorun seçimi