Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

Hit: 256
Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

Ermənistanın müdafiə naziri David Tonoyan iyulun 21-də dövlət sərhədinin cənub-qərb hissəsində olub və hərbçilərin növbətçiliyini müşahidə edib.

Faktor.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə özünün "Facebook" səhifəsində nazirliyin mətbuat katibi Artsrun Ovannisyan yazıb.

"Ermənistan Müdafiə Nazirliyinin başçısı yüksək rütbəli zabitlərlə ön xətt qoşunlarının yenidən silahlanması məsələlərini müzakirə edib.

Tonoyan həmçinin xidmətdə fərqlənmiş hərbçilərlə söhbət edib və onları mükafatlandırıb", - məlumatda deyilir.

Xatırladaq ki, iyulun 6-da da Ermənistan Müdafiə Nazirliyinin başçısı Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədində olmuşdu.









Redaktorun seçimi