"Trampla Putinin danışıqları son dərəcə vacibdir"

Hit: 640
"Trampla Putinin danışıqları son dərəcə vacibdir"

Faktor.az report.az-a istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo Rusiya prezidenti Vladimir Putinin Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşünün Vaşinqtonda, payızda baş tutacağına ümid etdiyini bildirib.

"Mən xoşbəxtəm ki, çox mühüm ölkələrin hər iki lideri görüşü davam etdirəcəklər. Əgər görüş Vaşinqtonda keçirilsə, bu, yalnız yaxşılığa doğrudur. Bu danışıqlar son dərəcə vacibdir", - deyə BMT-də jurnalistlər qarşısında çıxış edən Pompeo bildirib. Dövlət katibi vurğulayıb ki, görüşün keçiriləcəyinə ümid edir.

 

Daha əvvəl Ağ Evdə bildiriblər ki, Tramp Putini payızda Vaşinqtona dəvət edib.

 









Redaktorun seçimi