Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokda olduğunu bildirib

Hit: 163
Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokda olduğunu bildirib

Korrupsiya haqqında gündəlik məlumatlar şok edir.

Faktor.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Erməni cəmiyyətində həmişə bəlli problemlərdən danışılır, amma elə də aşkar olmayan, lakin əhəmiyyəti heç də az olmayan məsələlərə çox az diqqət yetirilir. Mən təəccüb edirəm. Əvvəllər mən çalışırdım sərt tənqidlərə, qabartmalara yol verməyim, lakin bu gün ölkədəki korrupsiyanın miqyasından şokdayam. Bu ağlasığmaz dərəcədədir", - deyə Nikol Paşinyan qeyd edib.

sözlərinə görə, korrupsiyaya dair ən sərt çıxışı ölkədəki korrupsiyanın real miqyası ilə müqayisədə gülüncdür.

Ermənistanın baş naziri ölkədəki çoxsaylı problemlərdən təəccüblənməkdə davam etdiyini bildirib.

düşünürəm ki, mən hələ dörd ay ərzində hər gün nəyəsə təəccüblənməkdə davam edəcəyəm. Mənə hər gün elə məlumatlar təqdim edirlər ki, faktlar - sübut №1, №2, №3 və s. açıqlanmayanadək, onlara heç inanmağım gəlmir", - deyə baş nazir bildirib. sözlərinə görə, vəziyyət o qədər acınacaqlıdır ki, əsəblər tap gətirmir: "Mən gün ərzində bu qədər neqativ məlumatların fonunda təmkinli qalmaqda çətinlik çəkirəm və məruzə edəndən çıxışını dayandırmağı xahiş edirəm. Mən dözməyərək, məruzəçiyə "stop, bəsdir, daha dinləmək istəmirəm, bu günə kifayətdir, sağ olun, uğurlar, gedin bunları başqasına danışın" deməyə məcbur oluram.









Redaktorun seçimi