"Taliban" Əfqanıstanı qana boyadı - 12 polis öldü

Hit: 252
"Taliban" Əfqanıstanı qana boyadı - 12 polis öldü

Əfqanıstanın şimalında Kunduz vilayətində "Taliban" radikal hərəkatı üzvlərinin silahlı hücumu olub.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 12 polis əməkdaşının həlak olduğu bildirilir.

Faktı polis nümayəndəsi İnamuddin Rəhmani təsdiq edib, lakin ölənlərin dəqiq sayını qeyd etməyib. Bununla belə, onun sözlərinə görə, qarşı tərəfə tutarlı cavab verilib, "Taliban" radikal hərəkatı böyük itikilərə məruz qalıb.

İ.Rəhmanı əlavə edib ki, hazırda təhlükəsizlik qüvvələri tərəfindən şəraitə tam nəzarət olunur.

 








Redaktorun seçimi