Ronaldo otel işçilərinə 19 000-dən çox bəxşiş verdi

Hit: 363
Ronaldo otel işçilərinə 19 000-dən çox bəxşiş verdi

İyulun 10-da “Yuventus”a transfer edilən Kristiano Ronaldo Yunanıstanda yerləşən “Kosta-Navarino” otelinin işçilərinə 19 600 avri bəxşiş verib.

Faktor.az xəbər verir ki, Yeni heyətlə görüşmək üçün Yunanıstana gedən Ronaldo otel işçilərinin xismətindən çox razı qalıb və elə bu səbəbdən otel rəhbərliyinə həmin bəxşişi işçilər arasında bərabər sayda bölsün deyə xahiş edib.

İtaliyan klubla 4 illik müqavilə imzalayan futbolçu ildə 30 miyon avro qazanacaq.

Banu









Redaktorun seçimi