Avtomobil piyadaların üstünə sürüldü - Yaralılar var

Hit: 384
Avtomobil piyadaların üstünə sürüldü - Yaralılar var

İspaniyada avtomobil küçədə duran şəxslərin üzərinə sürülüb.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, yerli fövqəladə xidmət bu barədə özünün rəsmi "Twitter" səhifəsində yazıb.

İnsident nəticəsində 5 yaşlı uşaq xəsarət alıb. Xəsarət alanların ən yaşlısının 80 yaşı olduğu bildirilir.

Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.

Sürücü ərazini tərk edib. Lakin onun şəxsiyyəti artıq müəyyən olunub və gün ərzində saxlanılacağı bildirilir.









Redaktorun seçimi