Rəfiqəsinin burnunu dişlədi və çeynədi - FOTOLAR

Hit: 401
Rəfiqəsinin burnunu dişlədi və çeynədi - FOTOLAR

41 yaşlı Cessika Kollins ötən axşam iki rəfiqəsi ilə birlikdə Texasdakı barlardan birində əylənib.

Faktor.az xəbər verir ki, bardan sonra qızlardan birinin evinə gedən Kollins daha çox içki və siqaret istəyib. Rəfiqəsinin hərəkətlərindən narahat olan ev sahibi Kollinsdən evi tərk etməsini istəyib. 

Kollins əsəbiləşərək, həmin qadının saçların tutub və yerə yıxıb. Daha sonra burnunu dişləyib və qopardığı əti çeynəməyə başlayıb. Özündən gedən 28 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb.

Kollins istintaqdan sonra min dollar cərimə ilə azadlığa buraxılıb.

Zərərçəkən isə sığortası olmadığı üçün plastik əməliyyat etdirmək məqsədilə internet üzərindən pul yığmaq üçün kampaniya başladıb.

Banu
1
1
1
1








Redaktorun seçimi