Adnan Oktar - "Atatürkçüyəm, günahsızam, azadlığa çıxmaq istəyirəm"

Hit: 477
Adnan Oktar - "Atatürkçüyəm, günahsızam, azadlığa çıxmaq istəyirəm"

Adnan Oktar və qrupuna qarşı başladılan istintaq çərçivəsində Adnan Oktarın da içində olduğu 143 nəfər həbs edilib.

Faktor.az xəbər verir ki, saxlanılan 183 nəfərdən 176-sı “Uşaqlara qarşı cinsi sui-istifadə, təcavüz, şantaj, şiddət, təhdid, azadlığın məhdudlaşdırılması” kimi səbəblərdən həbs ediliblər.

Oktar ifadəsi zamanı qanuna və hüquqa uyğun insan olduğunu iddia edib:

“Xalqın arasında olan insanam. Televiziyada olan biri kimi xalq da məni görür, tanıyır. Getdiyim yerlər bəllidir. Gizli təşkilat lideri deyiləm. Dürüst, düzgün insanlarla yaşamağı sevən, dostluğu sevən, geniş dost çevrəsi olan insanam. Bütün bu iddiaları rədd edirem. Bizə qarşı hücuma keçən qrup 25-30 nəfərdən ibarətdir. Bunları da bilirik”.

Adnan Oktar qız uşaqları məsələsində olduqca diqqətli olduğunu bildirib:

“Qız uşaqlarına təcavüz hadisələrini isə ümumiyyətlə, rədd edirəm. Bu da böhtandır. Hədsiz dərəcədə böyüdülür. Həmin uşaqların ailələrinə 50 000 lirə verərək, onları ailələrindən aldığımızı iddia edirlər. Halbuki həyatımın bütün mərhələlərində diqqətli davrandığım kimi qız uşaqları məsələsində də son dərəcə diqqətli münasibətlər quran insanam. Həmin uşaq da anası ilə gəlmişdi. Amma evə girməyə icazə vermədim, həyətdə görüşdük və geri qaytardım. Bu böhtanları qəbul etmirəm. Atatürkçü və millətçi şəxsəm. Günahsızam və azadlığımı tələb edirəm”.

Banu









Redaktorun seçimi