Rusiyada azərbaycanlıya 11 il həbs cəzası verildi

Hit: 359
Rusiyada azərbaycanlıya 11 il həbs cəzası verildi

Rusiyanın Kazan şəhərində yerləşən "Vyetnam bazarında" adam öldürməyə cəhd göstərməkdə təqsirləndirilən 38 yaşlı azərbaycanlı həbs edilib.

Faktor.az report-a istinadən xəbər verir ki, onun barəsində Sovet rayon məhkəməsi hökm çıxarıb.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il həbs cəzasına məhkum edilib.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs 2017-ci ilin noyabrında borca görə iki nəfərlə Jurnalistlər küçəsində ticarət pavilyonunun yanında mübahisə edib. Əsəbləşən müttəhim 1933-cü ilin modeli olan TT tapançasından mübahisə etdiyi adamlara dörd dəfə atəş açıb. Yaralılar xəstəxanaya çatdırılıb və sağ qalıblar.

Müttəhim təqsirini qəbul etməyib.









Redaktorun seçimi