Səudiyyə Ərəbistanında daha bir qadağa ləğv edildi

Hit: 402
Səudiyyə Ərəbistanında daha bir qadağa ləğv edildi

Səudiyyə Ərəbistanı qadınlarla bağlı ölkədə daha bir qadağanı ləğv edib.

Faktor.az Trend-ə istinadən bildirir ki, ölkə tarixində ilk dəfə olaraq Aviasiya Akademiyasına qızların qəbuluna icazə verilib.

Məlumata görə, qadağanın aradan qaldırılmasından dərhal sonra yüzlərlə qadın Səudiyyənin şərqindəki Əd-Damam şəhərində yerləşən akademiyaya qəbul olmaq üçün sənəd verib.

Qeyd edək ki, akademiyada pilotlarla yanaşı, təyyarələrin təmir olunması və naviqasiya sistemlərinin idarə olunması üçün mütəxəssislər hazırlanır.









Redaktorun seçimi