46 yaşlı qadın "omba böyütmə" əməliyyatından sonra öldü - Bədəninə yeridilən maddə...

Hit: 360
46 yaşlı qadın "omba böyütmə" əməliyyatından sonra öldü - Bədəninə yeridilən maddə...

Braziliyada omba genişlətmə əməliyyatları ilə məşhurlaşan "Dr Bumbum" ləqəbli Denis Furtado adlı plastik cərrah yoxa çıxıb.

Faktor.az xəbər verir ki, xəstələrindən birinin əməliyyatdan bir neçə saat sonra ölməsindən sonra həkim yox olub və haqqında həbs qərarı verilib.

Araşdırmalardan sonra Furtadonun lüks bir yerdə omba böyütmə əməliyyatları ilə tanındığı məlum olub. Xəstələrindən Lilian Kaliksto adlı qadın əməliyyatdan sonra narahatçılıq keçirib. Furtado onu xəstəxanaya aparsa da, qadının vəziyyəti pisləşdiyi üçün bir neçə saat sonra vəfat edib.

Həkim qadının bədəninə mübahisəli maddə olan pleksiqlas yeridib. İki uşaq anası 46 yaşlı Kalikston xəstəxanaya çatdırılanda ürək döyüntüləri güclənib, təzyiqi yüksək olub və 4 dəfə infarkt keçirib.

Hadisədən sonra yoxa çıxan Furtado haqqında həbs qərarı verilib. Həkimin sevgilisi də əməliyyatda iştirak etdiyi üçün saxlanılıb. 

Banu









Redaktorun seçimi