Türkiyə polisi PKK toplantısına basqın etdi: - saxlanılanlar var

Hit: 352
Türkiyə polisi PKK toplantısına basqın etdi: - saxlanılanlar var

İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları müxalif Xalqların Demokratik Partiyasının (HDP) Sancaqtəpə rayon təşkilatına basqın ediblər.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, polisin basqını zamanı Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürülən PKK terrorçularının anım mərasimi keçirilirmiş.

Şöbə əməkdaşları aralarında HDP Sancaqtəpə rayon təşkilatının sədri İlknur Yusufoğlu da olmaqla, 17 nəfəri saxlayıb.

Araşdırma zamanı PKK-ya aid sənədlər, avadanlıqlar, nəşri və yayımı qadağan edilən kitab və jurnallar və s. aşkar edilib.









Redaktorun seçimi