Ət məhsullarından kütləvi zəhərlənmə

Hit: 385
Ət məhsullarından kütləvi zəhərlənmə

Rusiyanın Tuva vilayətində "Şaurma" adlı kafedə kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, burada nahardan sonra zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı 90-ı keçib.

Regionun ərzağa nəzarət idarəsi zəhərlənmənin keyfiyyətsiz ət məhsulundan olduğunu bildirib.

Qeyd edək ki, zəhərlənənlər arasında 17 azyaşlının olduğu deyilir. Ən yaşlı xəstənin 69 yaşı var.

Hazırda faktla bağlı cinayət işi açılıb. Araşdırmalara başlanılıb. Kafeyə keyfiyyətsiz ət məhsullarının 3 regiondan gətirildiyi ehtimal olunur.









Redaktorun seçimi