Bu bazara yardımsız girmək mümkün deyil

Hit: 416
Bu bazara yardımsız girmək mümkün deyil
Toqo şəhərinin paytaxtı Lomedə "Vudu"dinin əsas mərkəzlərindən biri sayılan "Akodesseva Bazarı" hər kəsin rahat gəzə biləcəyi adi bazarlardan deyil. 
 
Faktor.az xəbər verir ki, bazarı ziyarət etmək niyyəti olanlar psixoloji olaraq hazırlanır və ziyarət bitdikdən sonra isə psixoloji yardım alırlar. 
 
 
Vudu dininə inananlar din xadimlərindən məsləhət almaq və şəfa istəmək üçün bu bazarı ziyarət edir. 
 
 
Sözü gedən şəfa müxtəlif heyvanların quyruğu, kəlləsi və dərisində axtarıldığı üçün bu din qeyri-adi xüsusiyyətə sahibdir.
 
 
Yerli inanclara görə, heyvanların qurudulmuş başı insanları uğursuzluqdan qoruyur. 
 
 
"Vudu oyuncaqları" da bu dinin əsas özəlliklərindən biridir. Vudu cadugərləri kimi tanınan qadın və kişilərə hər kəs hörmət edir.
 
 
Gülnar
 
 








Redaktorun seçimi