Yaponiyadakı sel fəlakətində ölənlərin sayı 222-yə çatıb

Hit: 533
Yaponiyadakı sel fəlakətində ölənlərin sayı 222-yə çatıb

Yaponiyanın son 36 ildə yaşadığı sel fəlakətində ölənlərin sayı 222-yə çatıb.

Faktor.az xəbər verir ki, isti havaların təsirli olduğu bölgələrdə xəstəlik yayılma təhlükəsi artmaqda davam edir.

Hadisənin üzərindən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, itkin düşən 20 nəfərin harada olduğu hələ ki, məlum deyil. 4000 insan sığınacaqlarda qalır və bütün dünyadan humanitar yardım gözləyirlər.

Hökumət hadisənin baş verdiyi bölgələrə su göndərsə də, bu, o qədər də təsirli ola bilmir.

Banu









Redaktorun seçimi