BMT Putin və Trampın razılaşmasını şərh etdi

Hit: 339
BMT Putin və Trampın razılaşmasını şərh etdi

BMT nüvə silahsızlaşdırılması məqsədilə Rusiya və ABŞ liderləri arasında istənilən razılaşmanı alqışlayır.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Xak jurnalistlərə məlumat verib.

O bildirib ki, hazırda BMT katibliyi iki lider arasında razılaşmanı araşdırır.

“Sözsüz ki, biz bütün ölkələrin silahsızlaşdırılması üzrə məqsədlərimizə gətirib çıxara bilən istənilən əməkdaşlığı alqışlayardıq”, - deyə F.Xak vurğulayıb.

Xatırladaq ki, iyulun 16-da Rusiya və ABŞ prezidentləri Helsinkidə sammit keçiriblər. Donald Trampla danışıqların yekununa dair birgə mətbuat konfransında Vladimir Putin bildirib ki, ölkələr “hərbi-siyasi və silahsızlaşdırılma dosyesinin” bütün kompleksi üzərində birgə işləməlidirlər.









Redaktorun seçimi