Spirtli içkilərin satışına QADAĞA

Hit: 213
Spirtli içkilərin satışına QADAĞA

Türkmənistan hakimiyyəti paytaxt Aşqabad və vilayətlərin inzibati mərkəzlərində spirtli içkilərin satışını qadağan edib.

Faktor.az xəbər verir ki, bu haqda “Azaqlıq” radiosunun yerli xidməti bildirib.

Radionun mənbələri iddia edir ki, hakimiyyət ticarət mərkəzlərinin piştaxtalarından spirt içkilərin götürülməsi üçün iş aparır.

Statistikaya görə, ölkədə son bir neçə ayda spirtli içkilərdən istifadə nəticəsində insanların zəhərlənməsi, hətta ölüm halları artıb. Ölkədə spirtli içkilərin satışına qarşı mübarizə iyulun 5-də “2018-2024-cü illərdə Türkmənistanda alkoqolun zərərli təsirinin profilaktikası üzrə Milli Proqram”ın qəbulundan sonra başlanıb.









Redaktorun seçimi