Ərdoğan: Türkiyə demokratiyanın şərəfini xilas etdi

Hit: 165
Ərdoğan: Türkiyə demokratiyanın şərəfini xilas etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul çevriliş cəhdinin ildönümünə həsr olunmuş yazı yazıb.

Faktor.az axar.az-a istinadən bildirir ki, Ərdoğanın yazısı "Hürriyət"də dərc olunub.

"27 may çevrilişindən sonra Baş nazir və nazirlərinin, 12 sentyabrdan sonra övladlarının qondarma bəhanələrlə dar ağacına göndərilməsini çarəsizcə, içi qan ağlayaraq izləyən bu millət, 15 iyul gecəsi iradəsini xuntaçıların yenidən qəsb etməsinə imkan vermədi. FETÖ-çu xainlərə dirənən, üzərinə tuşlanan silahlara məhəl qoymayan əziz millətimiz, 15 iyul gecəsi nümayiş etdirdiyi cəsarətlə, tarixdə çox az rast gəlinən böyük bir zəfər əldə etdi. Türkiyə 15 iyul dirənişi ilə sadəcə çevriliş cəhdini zərərsizləşdirmədi, eyni zamanda bütün dünyada demokratiyanın şərəf və ləyaqətini xilas etdi", - Ərdoğan bildirib.









Redaktorun seçimi