Səudiyyə Ərəbistanında qırıcı qəzaya uğradı

90 dəfə oxunub
Səudiyyə Ərəbistanında qırıcı qəzaya uğradı

Ərəb koalisiyasının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edən Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə Yəmən sərhədində "texniki nasazlıq" səbəbindən qəzaya uğrayıb.

Faktor.az oxu.az-a istinadən bildirir ki, təyyarənin 2 pilotu sağ qalıb.

Koalisiya nümayəndəsi Türki əl-Maliki açıqlamasnda Kral Hava Qüvvələrinə məxsus "Tornado" tipli hərbi təyyarənin təlim uçuşundan qayıdarkən texniki nasazlıq səbəbindən qəzaya uğradığını deyib.

Daha öncə "Əl-Məyadin" telekanalı bəyan etmişdi ki, ərəb koalisiyasının təyyarəsi Səada əyalətində şiə qiyamçıların mövqelərinə həmlədən sonra qəzaya uğrayıb.



Redaktorun seçimi