Nazarbayev ömürlük rəhbər seçildi

32 dəfə oxunub
Nazarbayev ömürlük rəhbər seçildi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə biləcək.

Faktor.az xəbər verir ki, bu qərarın verilmə səbəbi kimi Nazarbayevin ölkənin ilk prezidenti olması göstərilib. Şuraya isə ölkənin təhlükəsizliyi və sabitliyini təmin etmək, konstitusiyasını, müstəqillik, ərazi bütövlüyü və dövlətin siyasətini koordinasiya edən rəsmi qurum statusu verilib.

Qanun Qazaxıstan Konstitusiya Şurası və ölkə parlamentinin nəzarətindən keçəndən sonra ötən həftə Nazarbayev tərəfindən imzalanıb.

Banu


loading...
loading...

Redaktorun seçimi