Balina şəkil çəkdirən modelin qolunu dişlədi - "Qan damlamasın deyə..." - FOTOLAR

88 dəfə oxunub
Balina şəkil çəkdirən modelin qolunu dişlədi - "Qan damlamasın deyə..." - FOTOLAR
Model Katarina Zarutskie Baham adalarında qorxulu hadisə yaşayıb.
 
Faktor.az xəbər verir ki, insanların köpək balıqları ilə birgə üzə bildiyi hovuza girən qız vəhşi canlıların hücumuna məruz qalıb.
 
19 yaşlı Zarutskie həmin hovuzda şəkil çəkmək üçün suya uzanıb. Həmin ərəfədə isə balinalardan biri onun qolunu dişləyib.
 
Zarutskie, "Özümü suya buraxdım, sonra balina gəlib qolumu dişlədi və məni aşağı çəkdi. Suya qan damlamasın deyə qolumu yuxarıda saxlamağa çalışdım, amma bunlar vəhşidirlər. Təbiətləri belədir. Bu cür hadisələrdə ağıllı davranmaq lazımdır. Həyəcanlanıb sərt reaksiyalar vermək baha başa gələ bilər" deyib.
 
Banu
1



Redaktorun seçimi