Trampdan ŞOK İTTİHAM - “Almaniya Moskvanın...”

79 dəfə oxunub
Trampdan ŞOK İTTİHAM - “Almaniya Moskvanın...”

“Almaniya Moskvanın nəzarəti altındadır, çünki təbii qaz üçün Rusiyaya milyardlar ödəyir”.

Faktor.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Brüsseldə keçirilən NATO-nun sammitində ABŞ prezidenti Donald Tramp alyansın baş katibi Yens Stoltenberqlə işgüzar yeməyin gedişatında bildirib.

Onun sözlərinə görə, bu halda, ABŞ Almaniyanı müdafiə etməyə məcbur deyil.

“Almaniya Rusiyaya ildə milyardlarla dollar ödəyir və biz bu ölkəni Rusiyadan müdafiə edirik. Onlar qaz kəmərini (“Şimal axın-2” - red.) tikirlər. Kəmərin hədəfi Rusiyanın xəzinəsinə milyardlarla dollar ödəməkdir. Hesab edirəm ki, bu, tamamilə qəbuledilməzdir”, - Amerika prezidenti qeyd edib.

O xatırladıb ki, Almaniyanın sabiq kansleri Herxard Şreder Rusiyanın “Rosneft” şirkətinin direktorlar şurasının sədridir.



Redaktorun seçimi