"Bacımı tez-tez zorladığını eşitdim" - Qisası ağır oldu

1661 dəfə oxunub
"Bacımı tez-tez zorladığını eşitdim" - Qisası ağır oldu

Türkiyənin Bursa şəhərində 28 yaşlı Yusuf P. lal və kar olan bacısını zorlayan 26 yaşlı Mehmet K.-nı güllələyərək öldürüb.
 
Faktor.az Milli.Az-a istinadən xəbər verir ki, saxlanılan Yusuf P. ifadəsində "Bacımı tez-tez zorlayırmış. Eşidəndə dəli oldum" deyib.

Yusuf P. bacısına təcavüz etdiyini öyrəndiyi Mehmet K.-ya zəng edərək görüşə çağırıb. Boş bir ərazidə görüşən cütlük Mehmet K.-ya məxsus avtomobilin içində danışarkən mübahisə düşüb. Bu məqamda Yusuf P. üzrəindəki silahı çıxarıb Mehmet K.-nı güllələyib.

Faktor.az



Redaktorun seçimi