18 gün mağarada qalan uşaqlar xilas edildi

62 dəfə oxunub
18 gün mağarada qalan uşaqlar xilas edildi

İyunun 23-dən bəri Taylandda bir mağarada qalan uşaqların hamısı xilas edilib.

Faktor.az xəbər verir ki, 12 uşaq futbolçu və məşqçiləri mağaranın girişinə su yığılması nəticəsində içəridə qalmışdılar. Hadisədən 9 gün sonra onların sağ olduqları üzə çıxmışdı. Dərhal xilasetmə işlərinə başlayan ölkə rəhbərliyi bir dalğıcın da həlak olduğunu bildirmişdi.

Xilasetmə işlərində fransızların illər əvvəl mağara ilə bağlı hazırladıqları xəritədən istifadə edilib. Bu hadisədən sonra isə dünyada mağaraları ilə məşhur ölkələrin bu cür xəritələr hazırlamaqları məsələsi gündəmə gətirilib.

Banu

 


loading...
loading...

Redaktorun seçimi