Adnan Oktarla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - gizli sənədlər, MOSSAD və... - VİDEO

86 dəfə oxunub
Adnan Oktarla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - gizli sənədlər, MOSSAD və... - VİDEO

İctimaiyyətdə “Adnan hoca” kimi tanınan din xadimi Adnan Oktarın həbs edilməsi ilə bağlı maraqlı təfərrüatlar meydana çıxıb.

Faktor.az xəbər verir ki, A.Oktar həbs olunduqdan sonra sağlamlıq testindən keçmək üçün İstanbul Haseki Təhsil və Araşdırma Xəstəxanasına gətirilib. O, xəstəxanaya girdiyi əsnada “ingilislərin oyunu” ifadəsini işlədib.

Ona qarşı qaldırılan ittihamların arasında hərbi casusluq etməsi xüsusi diqqət çəkib. Onun hərbi casusluq çərçivəsində Türkiyəyə aid gizli sənədləri və bilgiləri İsrailin Kəşfiyyat Agentliyi olan MOSSAD vasitəsilə İsrailə göndərdiyi bildirilib.

İstintaq və həbs əməliyyatlarının sifarişinin İngiltərə kəşfiyyatından gəldiyini iddia edın Adnan Oktar verdiyi açıqlamada “İngiltərə kəşfiyyatı uzun müddətdir bizə qarşı istintaq açılmasını istəyirdi. Buna görə Türkiyəyə heyət göndərildi. Tayyib bəyin də İngiltərə səfəri zamanı bu tələb ona bildirildi. Biz vətənə, millətə sayğılı insanlarıq. PKK-ya, millət düşmənlərinə istintaq açılması lazım ikən bu, bizə edilir. Bu əməliyyatdan Tayyib bəyin də, daxili işlər nazirinin də xəbəri olduğunu düşünmürəm. Küskün deyiləm, amma təəccüblüyəm”.(publika)

Faktor.az


loading...
loading...

Redaktorun seçimi