Tramp etiraf etdi: “Putin mənim rəqibimdir”

122 dəfə oxunub
Tramp etiraf etdi: “Putin mənim rəqibimdir”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüş Böyük Britaniya baş naziri Tereza Meylə danışıqlardan daha asan ola bilər.

Faktor.az bildirir ki, bunu ABŞ prezidenti Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.

<>Jurnalistlərin "Putini dost, yoxsa düşmən olaraq dəyərləndirisiniz" sualına cavab olaraq Tramp bildirib ki, Rusiya lideri onun rəqibidir.

Qeyd edək ki, Tramp və Tereza Mey danışıqları iyulun 13-ü görüşəcək.

Rusiya-Amerika sammiti iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Bu görüşdə Vladimir Putin və Donald Tramp ilk dəfə təkbətək görüş keçirəcəklər. Danışıqlarda Rusiya və ABŞ prezidentləri iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.

Məlumata əsasən, Helsinkini görüş yeri kimi Finlandiya prezidenti Sauli Niinisto təklif edib. Bundan əvvəl mümkün görüş yeri kimi Vyana və Brüsselin adları çəkilirdi. Lakin sonda həm ABŞ, həm də Rusiya üçün çox "rahat" məkan seçilib. Tramp Finlandiya paytaxtına NATO-nun Brüsseldəki görüşündən, Putin isə futbol üzrə dünya çempionatının bağlanış mərasimindən sonra gedəcək.

Xatırladaq ki, dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış Mixail Qorbaçovla Corc Buş arasında ilk görüş də 1990-cı ildə də Helsinkidə baş tutub.



Redaktorun seçimi