Prezidentin kürəkəni güllələndi - SON DƏQİQƏ

9443 dəfə oxunub
Prezidentin kürəkəni güllələndi - SON DƏQİQƏ

Gecə saatlarında Gürcüstan prezidentinin kürəkəni Mindio Qoqoçuri silahlı hücum nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib. 

Faktor.az xəbər verir ki, bununla bağlı “Rustavi 2” telekanalı məlumat verib. 

“Respublika xəstəxanasına çatdırılan Qoqoçuri əməliyyat olunub”, - məlumatda bildirilib. 

Qeyd edilib ki, Gürcüstan Daxili İşlər Nazirliyində məsələnin araşdırılmasına başlanıb. Hadisənin təfərrüatı məlum deyil.

Qoqoçuri birinci xanımın qızı ilə qeydiyyatsız nikahda yaşayır. O, 2017-ci ilin yanvarında da diqqət mərkəzinə düşmüşdü. Həmin vaxt o və dostu şəhərin mərkəzində güllələnmişdi.


loading...
loading...

Redaktorun seçimi