Prezidentə sui-qəsd edildi - Axtarış aparılır

Hit: 316
Prezidentə sui-qəsd edildi - Axtarış aparılır

Bu gün naməlum şəxslər tərəfindən Zimbabve prezidenti Emmerson Mnanqaqvaya sui-qəsd edilib.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı xəsarət almayıb.

“Hadisə Bulavayo şəhərində prezident mitinqdə çıxış edərkən baş verib. Hazırda dövlət başçısı təhlükəsiz yerdədir”, - deyə prezidentin mətbuat katibi bildirib.

Prezident dəftərxanasının nümayəndəsi Corc Çarambanın sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar olub. Onların arasında vitse-prezident və bir neçə nazir var.

Hadisə ilə bağlı təhqiqata başlanılıb. Təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.









Redaktorun seçimi