ABŞ-dan sürpriz qərar - Qeyri-müəyyən vaxta qədər...

Hit: 418
ABŞ-dan sürpriz qərar - Qeyri-müəyyən vaxta qədər...
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Cənubi Koreya ilə birgə keçiriəcəyi üç hərbi təlimi qeyri-müəyyən müddətə qədər dayandırıb.
 
Faktor.az xəbər verir ki, Pentaqon sözçüsü Dana Uayt yazılı açıqlamasında, "ABŞ-ın müdafiə naziri Jim Mattisin ABŞ prezidenti Donald Trampın iyunun 12-də Şimali Koreya lideri Kim Çen Inlə Sinqapurda baş tutan görüşünün nəticələrini müzakirə etmək üçün Baş Qərargah rəisi Cozef Dunford, xarici işlər naziri Mayk Pompeo və Ağ Ev Milli Təhlükəsizlik müşaviri Con Bolton ilə görüşəcək" deyib.
 
"Mattis Sinqapur görüşünün nəticələrinin tətbiq olunmasını dəstəkləmək üçün müttəfiqimiz Cənubi Koreya ilə koordinasiya edilmiş formada müəyyən edilən təlimləri qeyri-müəyən vaxta qədər təxirə salıb", - deyə Uaty sözlərinə əlavə edib.
 
Banu//Faktor.az








Redaktorun seçimi