ABŞ qarışdı - Uşaqların ağlama səsini hər kəsə dinlətdi

Hit: 423
ABŞ qarışdı - Uşaqların ağlama səsini hər kəsə dinlətdi
ABŞ-ın məclis üzvlərindən Ted Lieu ailələrindən ayrı qalan miqrant uşaqların ağlama səslərini bütün konqresə dinlədib.
 
Faktor.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkəyə qanunsuz yollarla girən miqrantların uşaqlarının valideynlərindən zorla alınmasına görə çox tənqid edilmişdi. Tramp bu siyasətindən çəkilsə də, "sıfır empatiya" məsələsi hələ də gündəmdədir.  
 
Prezidentin siyasəti bu dəfə də Nümayəndələr Palatasında gündəmə gəlib. Demokratlardan olan Ted Lieu parlamentdəki çıxışı zamanı valideynlərindən ayrılandan sonra nəzarət mərkəzlərinə aparılan uşaqların ağlamaq səslərini hər kəsə dinlədib.
Banu//Faktor.az








Redaktorun seçimi