İrandan Avropaya ultimatum - "Bizə dəstək olun"

Hit: 294
İrandan Avropaya ultimatum - "Bizə dəstək olun"
İranın xarici işlər nazirinin müavini Abbas Arakçı Belçikanın paytaxtı Brüsseldə "İran-Avropa Əməkdaşlıq Konfransı"na qatılıb.
 
Faktor.az xəbər verir ki, bu haqda İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
 
Arakçı konfransdakı çıxışı zamanı nüvə razılaşmasının davam edə bilməsi üçün Avropanın təklif və təminatlarını bu ayın sonuna kimi təqdim etməli olduğunu bildirib. Arakçı Avropa ölkələrinin ABŞ-ın sanksiyalarına qarşı İrana dəstək verməsini, neft satışı və bank əməliyyatları mövzusunda zəmanətlər təqdim etməsini istəyib.
 
"Avropanın təqdim edəcəyi təklif paketi və həll yolları İranın nüvə razılaşmasına davam etməsini təmin edə bilər. Lakin bu təminat olmasa, İran növbəti addımlarını atacaq. Bütün bunların məsuliyyəti isə ABŞ-ın olacaq", - deyə Arakçı əlavə edib.
 
Banu//Faktor.az








Redaktorun seçimi