Müharibənin ayırdığı Koreya ailələri avqust ayında görüşəcək

Hit: 284
Müharibənin ayırdığı Koreya ailələri avqust ayında görüşəcək
Şimali və Cənubi Koreya 1950-1953 illər arasında baş verən Koreya müharibəsindən sonra bir-birindən ayrılmaq məcburiyyətində qalıb.
 
Faktor.az xəbər verir ki, Şimali Koreyada yerləşən Kumgang dağında bir oteldə görüşən Şimali və Cənubi Koreya heyətləri Koreya müharibəsindən sonra bir-birinə həsrət qalan insanların bu ilin avqust ayında digər ailə fərdləri ilə Şimal tərəfdə görüşə biləcəyini bildirib. Bu ailələr sonuncu dəfə 3 il əvvəl bir-birini görmüşdü.
 
Görüşlər 20-26 avqust tarixlərində baş tutacaq.
 
Banu//Faktor.az








Redaktorun seçimi