Ərdoğan: “Əks halda, Suriyanı parça-parça edəcəklər”

Hit: 771
Ərdoğan: “Əks halda, Suriyanı parça-parça edəcəklər”

“Seçkilərdən sonra bütün Suriya torpaqlarını etibarlı vəziyyətə gətirməyi və qonaqlarımızın evlərinə dönmələrini təmin etməyi planlaşdırırıq”.

Faktor.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə keçirilən mitinqdə deyib.

“Suriyanın sabitliyi Türkiyənin güclü olmasına bağlıdır. Əks halda, Suriyanı parça-parça edəcəklər. Quracaqları terror dövləti ilə bizi də həmişə narahat edəcəklər”, - prezident bildirib.

O, Türkiyəyə gələn 200 minə qədər suriyalının vətəninə qayıtdığını vurğulayıb.









Redaktorun seçimi