Qərar verildi - Ölkənin adı dəyişdirildi

Hit: 310
Qərar verildi - Ölkənin adı dəyişdirildi
Makedoniya Parlamenti ölkənin adının Şimali Makedoniya Respublikası olaraq dəyişdirilməsi ilə bağlı Yunanıstanla razılığa gəlib.
 
Faktor.az xəbər verir ki, məsələ ilə bağlı keçirilən müzakirəyə 120 deputatının 69-u qatılıb. Sessiyada iştirak edən bütün deputatlar "bəli" deyib, müxalifətin deputatları isə clasda iştirak etməyib.
 
Baş nazir Zoran Zaev parlamentdəki çıxışı zamanı bu razılığın "qeyri-müəyyənliyin sonunun başlanğıcı" olduğunu bildirib.
 
Banu//Faktor.az








Redaktorun seçimi