Təslim günü - Türkiyə bu gün yeni qırıcılarını alacaq

Hit: 450
Təslim günü - Türkiyə bu gün yeni qırıcılarını alacaq
Türkiyənin istehsal ortağı olduğu F-35 tipli qırıcı təyyarələr bu gün möhtəşəm mərasimlə təslim ediləcək.
 
Faktor.az xəbər verir ki, təyyarələrdən ikisi günortadan sonra layihənin əsas podratçısı "Lockheed Martin Company" şirkətinin Fort Worth şəhərində yerləşən istehsal bazasında Türk Hava Qüvvələrinə veriləcək. Təslimlə birlikdə qırıcılar üçün pilot təlimləri də başlayacaq. F-35 təlimi üçün ABŞ-a indiyə kimi 11 pilot göndərilib. 
 
Təyyarələr 2019-cu ilin sonuna kimi ABŞ-da qalacaq. 2019-cü ilin noyabr ayında isə Türkiyə təyyarələri ala biləcək. 
 
F-35 qırıcılarının istehsalını ABŞ, İtaliya, İngiltərə, Hollandiya, Kanada, Avstraliya, Danimarka, Kanada və Türkiyə birgə həyata keçirir.
 
Banu//Faktor.az








Redaktorun seçimi