SON DƏQİQƏ - Bu 3 ölkə Türkiyəyə qarşı birləşir

Hit: 453
SON DƏQİQƏ - Bu 3 ölkə Türkiyəyə qarşı birləşir
İsrail, Yunanıstan və Cənubi Kipr Respublikası rəsmiləri cümə günü Cənubi Kiprdə görüşəcəklər. 
 
Faktor.az xəbər verir ki, Yunanıstan müdafiə naziri Panos Kammenos, İsrail müdafiə naziri Aviqdor Lieberman və Rum müdafiə naziri Savvas Angelides regional təhlükəsizlik, hərbi əməkdaşlığın daha da artırılması, dəniz və enerji təhlükəsizliyinin təşviqi məsələlərini müzakirə eəcəklər.
 
Üç dövlət bu görüşün əsas məqsədinin bölgədə sabitlik yaratmaq olduğunu, bunun həmçinin digər qonşu ölkələrlə də regional əməkdaşlıq yolu ilə rifah və inkişafı da artıracağını bildirib. Şərqi Aralıq dənizində dəniz və enerji təhlükəsizliyinin artırılmasının vacibliyini vurğulayan Angelides bu istiqamətdə ortaq layihələrin baş tuta biləcəyini açıqlayıb:
 
"Bütün Aralıq dənizi üçün əhəmiyyətli gözləntilər var. Ona görə də bu məsələyə xüsusi əhəmiyyət veririk", - deyə yunan nazir əlavə edib. 
 
Tərəflər daha əvvəl də təbii qaz mövzusunda birgə hərəkət etməyə qərar vermişdi.
 
Banu//Faktor.az








Redaktorun seçimi