Trampın oğlunu oğurlamaq istədilər

Hit: 369
Trampın oğlunu oğurlamaq istədilər

ABŞ prezidentinin həyat yoldaşı Melanya Tramp onun və övladının ünvanına edilən təhdidlərlə əlaqədar Məxfi xidmətə müraciət edib.

Faktor.az xəbər verir ki, bu haqda “The Daily Caller” məlumat yayıb.

Məlumata görə, təhdid aktyor Piter Fondadan gəlib.

“Biz Berron Trampı anasının əlindən alıb, pedofillərlə dolu qəfəsə yerləşdirməliyik”, -deyə aktyor öz “Twitter” səhifəsində yazıb.

Birinci xanımın nümayəndəsi Stefani Qrişem Məxfi xidmətinin həmin təhdidlə bağlı məlumatlandırıldığını açıqlayıb. Onun sözlərinə görə, aktyorun bu ismarıcı olduqca “iyrənc və məsuliyyətsizdir”.

Berron Tramp ABŞ prezidenti Donald Trampın ən kiçik övladıdır, 2006-cı ildə doğulub.









Redaktorun seçimi