Yeni baş nazir təyin edildi - FOTOLAR

Hit: 4823
Yeni baş nazir təyin edildi - FOTOLAR

Gürcüstan parlamenti Mamuka Baxtadzenin başçılıq edəcəyi hökumətə etimad göstərib.

Faktor.az xəbər verir ki, hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib.

Belə ki, Nikoloz Qaqua maliyyə, Georgi Çerkezeşvili iqtisadiyyat və dayanıqlı inkişaf, David Zalkaliani isə xarici işlər naziri olub.

***

Gürcüstan parlamentinin növbədənkənar iclası başlayıb. Toplantıda hökumətin tərkibinin və proqramının müzakirəsi keçirilir.

Faktor.az xəbər verir ki, bunu ölkə parlamentinin sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, deputatlar hökumətin yeni tərkibinə və “Azadlıq, sürətli inkişaf, firavanlıq” adlı proqarmına səs verəcəklər. 

İyunun 19-da Gürcüstan parlamentində hökumət üzvlüyünə namizədlərə dinlənmə keçirilib.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd, keçmiş maliyyə naziri Mamuka Baxtadze müxalif deputatlarla görüşdə ölkə iqtisadiyyatının dirçəldilməsindən və iş yerlərinin açılmasından danışıb.(sputnik)

1








Redaktorun seçimi