Ərdoğan: "PKK-nın əsas liderləri məhv edilib"

Hit: 370
Ərdoğan: "PKK-nın əsas liderləri məhv edilib"

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı apardığı əməliyyat çərçivəsində terror təşkilatının əsas lider tərkibi məhv edilib.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı deyib ki, İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlar fəal şəkildə davam etdiriləcək.

O qeyd edib ki, PKK ilə mübarizə Türkiyə üçün prioritetdir: "İraqın şimalında hərbi əməliyyatlar terrorçular tamamilə məhv edilənədək davam edəcək".









Redaktorun seçimi