Qadağan olunmuş ən qədim kitab - Oxuyanlar qarabasmadan ölür - VİDEO

Hit: 1780
Qadağan olunmuş ən qədim kitab - Oxuyanlar qarabasmadan ölür - VİDEO

"Kitabu'l Azazil" - dünyadan oxunması qadağan olunmuş ən qədim kitab...

"Kitabu'l Azazil" adlanan bu kitab İbn-i Cuhaşi adlı bir şəxs tərəfindən yazılıb. Əslən çinli olan bu şəxs kitabda cin və şeytanlarla təmasda olaraq mistik aləmin bu dünyada görə və duya biləcəyimiz nüanslarını diqqətə çatdırıb. Son dərəcə maraqlı və düşündürücü məqamların yer aldığı kitabda şeytanların insanlarla hansı məqamlarda ünsiyyətə girdiyinə dair faktlar yer alır. Kitab qalın vərəqələr üzərinə yazılmış 500 səhifədən ibarətdir. Cinlər aləminə aid bütün sirlər bu kitabda ən incə detallarına qədər yazılıb. Məhz buna görə də bu kitabın yayılması, oxunması qadağan edilib.

Bəzi mənbələrdə kitabın b.e 800-cü ilində yazıldığı qeyd olunur. Maraqlısı budur ki, kitabın müəllifi çinli olsa da, orijinalı ərəb dilində qələmə alınıb.

Kitabın müəllifi ilə bağlı iddia edilir ki, yazıçı kimi tanınan İbn-i Cuhaşi özü insan olmayıb. Bir qrup onun psixi problemlərinin olduğunu və bütün yazılanların cəfəngiyyat olduğunu düşünür. Ümumiyyətlə, İbn-i Cuhaşinin əslində kim olduğu, ailəsi, haradan gəlib, haraya getdiyi haqqında məlumat yoxdur.

Ortalığa atılan məlumatların nə olduğu bilinməsə də, bütün nüsxələr yandırılana qədər bu kitab insanlar tərəfindən həddən artıq maraqla oxunurdu. Ancaq oxuyanların əksəri qarabasmalardan ölürdü.

Faktor.az "AQAT Group"un dünyada bütün nüsxələri məhv olunan, oxunması qadağan edilən və sadəcə 2 nüsxəsinin gizli şəkildə oğurlandığı "Kitabu'l Azazil" haqqında hazırladığı videonu təqdim edir:









Redaktorun seçimi